Şəkidə çay evində ölüm hadisəsi baş verib. Bu barədə 7 dekabr tarixində APA məlumat verib.
Hadisə axşam saatlarında Şəki şəhəri ərazisində fəaliyyət göstərən çay evlərindən birində baş verib. 68 yaşlı şəhər sakini Nəriman Ziya oğlu Muxtarov çay içən zaman qəflətən vəziyyəti pisləşib və elə orada keçinib.
İlkin müayinəyə əsasən, N. Muxtarovun ürək tutmasından vəfat etdiyi güman edilir.
Faktla bağlı araşdırma aparılır.