Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək. Bu barədə 4 avqust tarixində Report Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Festival 11 avqust 2023-ci il tarixində Heydər Əliyev Parkında baş tutacaq.
Festival çərçivəsində innovativ texnologiya və avadanlıqların nümayişi ilə yanaşı, toxum sərgi-satış yarmarkası da keçiriləcək.
Bildirilir ki, festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin yeni təşəkkül tapmış yüksək məhsuldarlıq göstəricilərinə malik yem bitkiləri kimi innovativ məhsul və texnologiyalarını nümayiş etdirə biləcəklər.
İnnovasiya festivalları ölkənin müxtəlif bölgələrində keçirilir. Bu günədək belə festivallar Gəncə, Füzuli, Lənkəran, Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli rayonlarında təşkil olunub.