Şəkidə kişi və həyat yoldaşı dəm qazından zəhərləniblər. Bu barədə 7 aprel tarixində APA məlumat verib.
Hadisə rayonun Şəki kəndində baş verib.
Kənd sakinləri olan 1988-ci il təvəllüdlü Zakir Vilayət oğlu Cəlolov və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Rəsmiyyə Fərman qızı Cəlolova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.
Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Həkim müayinəsindən sonra onların vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.