Şəkidə ana və azyaşlı övladını avtomobil vurub. Bu barədə noyabrın 1-də APA xəbər yayıb.
Hadisə bu gün səhər saatlarında Şəki şəhəri M.F.Axundov prospektində baş verib. Rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə şəhər sakinləri - 1988-ci il təvəllüdlü Nahidə Rəhimova və onun 7 yaşlı övladı Yağmur Rəhimzadəni vurub.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.
Bildirilib ki, N.Rəhimova övladını məktəbə aparırmış. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.