Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 27 aprel tarixində xəbər verib.
Ötən gün axşam saat 20:00 radələrində Şəki rayonunun Daşüz kənd sakini, 41 yaşlı Vüqar Mülayimov “Opel” markalı avtomobillə rayon ərazisində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.