Şəki şəhərində ev yanıb. Bu barədə 7 noyabr tarixində Report məlumat verib.
Gecə saatlarında M.Abbasov küçəsində yerləşən fərdi yaşayış evi tamamilə yanıb. Hadisə zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Salmanova Ziyafət İdris qızının yanmış meyiti aşkar edilib.
İlkin ehtimala görə, yanğın qaz sobasına görə baş verib.
Faktla bağlı araşdırma aparılır.