Şəkidə yaşayış evində baş verən partlayışda bir nəfər xəsarət alıb. Bu barədə 16 yanvar tarixində Report məlumat verib.
Hadisə rayonun Vərəzət kəndində baş verib.
Partlayış nəticəsində 1959-cu il təvəllüdlü Vərəzət kənd sakini Feyziyev Arif Tapdıq oğlu xəsarət alaraq, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.