Şəki rayonunun Biləcik kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid Reporta istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Rayonun Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi "Hyundai SantaFe" markalı avtomobilin aşması nəticəsində iki azyaşlı xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_122086" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]