Şəkidə itkin düşən yeniyetmə tapılıb. Bu barədə APA 9 may tarixində xəbər verib.
16 yaşlı Şəki şəhər sakini Günsel Hacıyeva polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.