Şəki rayonunda itkin düşən qadın tapılıb. Bu barədə Report 27 aprel tarixində xəbər verib.
Aprelin 15-də itkin düşən Şəki rayon sakini, 30 yaşlı Tünzalə Məmmədova tapılıb.
Rayonun Zunud kəndində yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedən qadın könüllü şəkildə polisə gəlib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.