Şəkidə avtomat satmaq istəyən şəxs ələ keçib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 27 may tarixində xəbər verir.
Şəki polisi 49 yaşlı Namiq Məmmədovu saxlayıb. Üzərinə baxış zamanı ondan “Kalaşnikov” avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.
Saxlanılan şəxs silahı bir müddət əvvəl satmaq niyyəti ilə əldə etdiyini deyib. Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Son günlərdə polis əməkdaşlarının Şəki şəhərində keçirdikləri tədbirlərlə vətəndaşlardan biri “Makarov” markalı tapança olmaqla ümumilikdə 18 odlu silah götürülüb.