Şəkidə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 26 may tarixində xəbər verib.
Şəki-Qax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində Şəki rayon sakini Oqtay Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobillə Seymur Salamovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.
Nəticədə 55 yaşlı Oqtay Məmmədov, onun həyat yoldaşı, 45 yaşlı Aynur Məmmədova və "Mercedes"in sürücüsü Seymur Salamov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_117129" align="alignnone" width="696"]
Foto Report.az saytı[/caption]