Şəkidə sərxoş kişi sirkə turşusu içərək ölüb. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Avqustun 18-də Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.
O, həmin zaman evdə olan ailə üzvləri tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin avqustun 19-da xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.