Şəki rayonu ərazisində azyaşlını avtomobil vurub. Bu barədə məlumatı İnsanoid Report-a istinadən bu gün, 21 dekabr tarixində xəbər verir.
Məlumata əsasən, yolu keçən 10 yaşlı Cəlil Əhmədovu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkim müayinəsi zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.