Goranboyda kişi qadınla cinsi əlaqədə olmaq üçün onu şantaj edib. Bu haqda 2 fevral tarixində Lent.az məlumat verib.
Rayon sakini A.F polisə ərizə ilə müraciət edərək Əli adlı şəxs tərəfindən şantaj olunduğunu bildirib. Şikayətçi qadının sözlərinə görə, Əli onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyərək cinsi əlaqədə olmasını tələb edib.
Polisə daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Qadını şantaj edən kişinin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.