İyulun 21-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə 18 iyul tarixində AAYDA məlumat verib.
Qəbul saat 11:00-da İsmayıllı rayonu “9 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək. Qəbulda İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin İsmayıllı rayonu “9 №-li Yol İstismarı” və Ağsu rayonu “16 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
“Vətəndaşlar qəbula şəxsiyyətlərini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır”, - məlumatda bildirilib.