Salyan rayon prokuroru işdən çıxarılıb. Report-un yaydığı xəbərə görə, bununla bağlı martın 18-də Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Firdovsi Nemətli səlahiyyət müddətinin başa çatması ilə əlaqədər vəzifəsindən azad olunub. Bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.
Sözügedən şəxs 2011-ci ildə Yevlax rayon prokuroru vəzifəsini icra edirdi. Daha sonra o, əvvəlki Baş prokurorun əmri ilə Salyan rayon prokuroru vəzifəsinə təyin edilmişdir.