Salyan şəhərində içməli suyun verilməsi dayandırılıb. Bu barədə noyabrın 2-də Azərsu ASC-dən bildirilib.
Suyun kəsilməsinə səbəb kəmərdə baş vermiş qəzadır.
Qeyd edilib ki, 2 noyabr tarixində günün sonuna qədər təmir-bərpa işləri başa çatdırılacaq və suyun verilməsi bərpa olunacaq.