Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 8 iyul tarixində xəbər verib.
Rayonun Stansiya yaşayış massivində hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 33 yaşlı Rauf Quliyev, həyat yoldaşı, Minurə Quliyeva, onların övladları, 9 yaşlı Mələk Quliyeva, 6 yaşlı Q.Z və 5 yaşlı Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.