Salyanda yanıq xəsarətləri alan yeniyetmə Bakıda xəstəxanada vəfat edib. Bu barədə 14 iyul tarixində Report məlumat verib.
Belə ki, iyulun 1-də müxtəlif dərəcəli yanıq xəsarətləri alan Salyan rayonunun Qarabağlı kənd sakini, 2008-ci il təvəllüdlü Nuriyev Seyid Rauf oğlu Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
S.Nuriyev bu gün səhər saatlarında kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, S.Nuriyev ocaqda yemək bişirən anasına kömək etmək məqsədi ilə odunun üstünə benzin tökərkən yanıq xəsarətləri almışdı.
Faktla bağlı araşdırma aparılır.