Salyan rayonunda ağır qəza baş verib. Bu barədə 4 iyul tarixində APA məlumat verib.
Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində (“Yolüstü” restoranından 2 kilometr Bakıya tərəf ) 99 NA 636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşın su kanalına aşıb.
Nəticədə Lənkəran rayon sakinləri: Fərziyyev Məhərrəm Balaxanı oğlu (1966), onun arvadı, Fərziyeva Xanım Həmid qızı və qardaşı, Fərziyev İlqar Balaxanı oğlu dünyalarını dəyişiblər.
[gallery link="file" size="full" ids="120882,120883,120881"]