top
Samarada Heydər Əliyevin 100 illiyi qeyd edilib
20 dekabr 2023, 04:02
- ↺ +

Samarada Heydər Əliyevin 100 illiyi qeyd edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyanın Samara şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Samara vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan Mədəniyyəti Günləri” keçirilib.

Bu barədə İnsanoid Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən bu gün, 20 dekabr tarixində xəbər verir.

“Samara vilayəti Azərbaycanlıları Liqası”nın təşkilatçılığı ilə öncə “Azərbaycan Mədəniyyəti Günləri” çərçivəsində Samara Dövlət İdarəçiliyi Universitetinin “Beynəlxalq Bazar İnstitutu”nda “Rusiya-Azərbaycan: dünən, bu gün, sabah. Diaspora iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində amil kimi” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada müxtəlif mövzular üzrə məruzələr dinlənilib. Müzakirələrdə çıxış edən yerli dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, insan hüquqları üzrə müvəkkil, elm, mədəniyyət və ictimai xadimlər bildiriblər ki, 157 millətin nümayəndələrinin mehribanlıqla yaşadığı Samara vilayətində azərbaycanlılar regionun həyatında fəal iştirak edir, onun mədəni ənənələrini zənginləşdirirlər. Liqanın nəzdindəki “Xəyal” və “Alpan” yaradıcılıq kollektivlərinin şəhərin və vilayətin mədəni həyatında mütəmadi iştirakı buna bariz nümunə göstərilib.

Sonra şəhərin Mərkəzi Jurnalist Evində görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır” sənədli filminin təqdimat mərasimi keçirilib. Ekran əsərinin təqdimat mərasimi “Samara vilayəti Azərbaycanlıları Liqası” və Samara vilayəti Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.

“Ulduz” mədəniyyət sarayında baş tutan qala-konsertdə isə Samara vilayəti hökumətinin, şəhər administrasiyasının, İctimai Palatanın, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Privolsk, Dağıstan və Moskvada fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni muxtariyyətlərinin, yerli ictimaiyyətin, müxtəlif icmaların nümayəndələri və liqa üzvləri iştirak ediblər.

Samara vilayəti qubernatorunun birinci vitse-prezidenti – hökumətin sədri vəzifəsini müvəqqəti icra edən Natalya Katina qubernator Dmitri Azarovun tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Müraciətdə öz tarixi vətənlərinə bağlı olan və əcdadlarının mənəvi ənənələrinə söykənən azərbaycanlıların bölgənin inkişafına töhfələri yüksək qiymətləndirilib.

Samara şəhər dairəsinin başçısı Yelena Lapuşkina millətlərarası dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfələr verdiyinə görə “Samara vilayəti Azərbaycanlılar Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimova minnətdarlığını bildirib, təşkilatın üzvlərini təşəkkürnamələrlə təltif edib.

Qala-konsertdə Azərbaycanın Əməkdar artisti, virtuoz skripka ifaçısı Ceyhun İsmayılov, azərbaycanlı musiqiçilər İntiqam Oktaylı (tar) və Elşən Mansurovun (kamança) müşayiəti ilə Azərbaycanın Xalq artisti Nəzakət Teymurova, Samara vilayətinin Əməkdar artisti dirijor Mark Koqanın idarə etdiyi Samara şəhər dairəsi nəfəsli alətlər orkestrinin müşayiəti ilə Rusiyanın Xalq artisti Mark Levyant, Ümumrusiya və beynəlxalq müsabiqələr laureatı Vadim Zubkov, “Xəyal” və “Alpan” rəqs kollektivləri çıxış ediblər.

“Azərbaycan Mədəniyyəti Günləri” tədbirinin fəxri qonaqları – Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini V.Seyidbəyov və müxtəlif vilayətlərdən gəlmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Samara şəhərindəki Dostluq parkını və Xalqlar Dostluğu Evini ziyarət ediblər.

Qonaqları duz-çörəklə qarşılayan Xalqlar Dostluğu Evinin direktoru İqor Burov dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi haqqında məlumat verib. O, xalqımızın mədəniyyətini, dilini və hüquqlarını layiqincə qoruyan “Samara vilayəti Azərbaycanlıları Liqası”nın 20 illik fəaliyyətini də yüksək qiymətləndirib.
Komitə sədrinin müavini Azərbaycan dövlətinin diaspor siyasəti, Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğı barədə ətraflı danışıb. Azərbaycan diasporuna yaradılmış şəraitə görə Samara vilayətinin və Xalqlar Dostluğu Evinin rəhbərliyinə minnərdarlığını bildirib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər