"Şamaxı" klubunun yeni baş məşqçisi Ayxan Abbasov olacaq. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
"Turan Tovuz"un 42 yaşlı sabiq çalışdırıcısı keçidin yaxın günlərdə rəsmiləşəcəyini söyləyib:
"Şamaxı" düşünməyim üçün mənə vaxt vermişdi. Fikrimi qətiləşdirdim, yaxın 3-4 gün ərzində rəhbərliklə görüşümüz olacaq. İnşallah, növbəti həftədən yeni komandaya keçidim rəsmiləşəcək".
"Şamaxı" ötən mövsüm Azərbaycanın I Liqasını 57 xalla birinci sırada tamamlayaraq, Premyer Liqada iştirak etmək hüququ qazanıb.