Şamaxıda bıçaqlanma hadisəsi olub. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Ötən gecə saat 23:00 radələrində 16 yaşlı Şamaxı şəhər sakini M.Ələkbərov xuliqanlıq zəminində həmyaşıdı K.Piriyevə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş K.Piriyevin vəziyyəti qənaətbəxşdir.
Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə törədilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı araşdırmalara başlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub, əməli törədən şəxs saxlanılaraq izahatı alınıb.