Şamaxıda avtomobil qəzası baş verib. Bu barədə 3 may tarixində APA məlumat verib.
Hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı istiqamətində hərəkət edən avtomobilin anidən təkəri partlayıb və avtomobil yoldan çıxıb. Nəticədə avtomobildə olan sərnişin, İsmayıllı rayonunun Topçu kənd sakini, 1991-ci il təvəllüdlü Şəfiyev Fariz Rizvan oğlu xəsarət alıb.
Mərkəzi rayon xəstəxanasına çatdırılan şəxsin vəziyyətinin normal olduğu bildirilir.