Şəmkir-Gədəbəy avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 11 dekabr tarixində Report məlumat verib.
Belə ki, 1980-ci il təvəllüdlü Gədəbəy rayonunun Söyüdlü kənd sakini Rasim Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.