Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan 37 yaşlı Aşağı Öysüzlü kənd sakini Baxşəliyev Zabit Paşa oğlunun cəsədi tapılıb.
Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 28 may tarixində məlumat verir.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən meyit sudan tapılıb çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Z.Baxşəliyev mayın 23-də sözügedən su anbarında batmışdı.