Tovuz rayonunun 37 yaşlı Aşağı Öysüzlü kənd sakini Zabit Baxşəliyev Şəmkir su anbarında batıb.
Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 24 may tarixində məlumat verir.
Onun Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunur.
Hazırda Z.Baxşəliyevin axtarışları aparılır.