Şəmkir şəhərindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2 000 manat dəyərində qızıl təsbehi oğurlanıb. Bu barədə 21 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.