Şəmkirdə yol qəzası baş verib. Bu barədə 22 iyul tarixində Report xəbər verib.
Rayonun Yasamal aşırımı adlanan ərazisində avtomobilin təkəri partlayıb və idarəetmədən çıxaraq aşıb. Nəticədə 28 yaşlı Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində ölüb.
Yaralı Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.