Şəmkirdə yol-nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb. Bu barədə Report 18 yanvar tarixində xəbər verib.
45 yaşlı Qabil Rəhimov yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona müştərək travma və sol baldır sümüyünün sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.