Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 31 yanvar tarixində Report məlumat verib.
Magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobilin toqquşması nəticəsində Goranboy rayon sakini, 1969-cu il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu ölüb.
Daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.