Şəmkirdə Azərbaycanın Baş Prokurorluğu tərəfindən avqustun 25-də konfrans təşkil ediləcək. Bu barədə 21 avqust tarixində Report Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verib.
Konfransda ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları, təhsil müəssisələrinin nümayəndələri, regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcəklər.
Bundan əvvəl Baş Prokurorluq tərəfindən regional konfranslar Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə, Zaqatala və Sabirabad şəhərlərində təşkil edilib.
Şəmkir rayon prokurorluğunun inzibati binasında konfrans çərçivəsində “Açıq qapı” gününün təşkil olunması nəzərdə tutulub.