Şəmkir rayonunun bir qəsəbə, səkkiz kəndində təbii qaz təchizatında fasilə yaranıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 23 may tarixində xəbər verir.
Texniki işlərlə əlaqədar Şəmkir rayonunun Çinarlı AQPS-dən qidalanan Çinarlı qəsəbəsi, Yeni Həyat, Çaparlı, Əliyaqublu, Düzqışlaq, Təzəkənd, Qarabağlar, Yeniyol və Qədimqala kəndlərində qaz təchizatında fasilə yaranıb.
Adıçəkilən ərazilərdə mayın 25-nə qədər qaz olmayacağı bildirilir.