Şəmkirdə evdə partlayışla müşahidə olunan yanğın olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 10 fevral tarixində xəbər verir.
Rayonun Zəyəm qəsəbəsində baş verən partlayışda 21 yaşlı qəsəbə sakini Nahid Həsənov yanıq xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
21 yaşlı gənc oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Yanıq Mərkəzinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.