Şəmkirdə ölümlə nəticələnən qəza baş verib. Bu barədə 9 noyabr tarixində İnsanoid məlumat verib.
Hadisə rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini Ə.Ələkbərovun idarə etdiyi “Ford-Transit” markalı və Bakı şəhər sakini Telman Kərimovun sükan arxasında olduğu “İJ-27175” markalı avtomobillər toqquşub.
Nəticədə T.Kərimov hadisə yerində ölüb.
DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.