Şəmkirdə güclü yağış səbəbi ilə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bu barədə 4 avqust tarixində Report xəbər verib.
Rayonun Kür qəsəbəsi, Yeniabad, Keçili və Mahmudlu kəndlərində küləklə müşahidə olunan leysan yağışlar nəticəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
Həmçinin leysan yağışlar bəzi küçələrdə insanların və avtomobillərin hərəkətində də çətinlik yaradıb.
Hazırda Gəncə şəhərində və ətraf rayonlarda da qeyri-sabit hava şəraiti müşahidə edilir.