Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qəza zamanı bir nəfər dünyasını dəyişib. Bu haqda noyabrın 7-də Report məlumat yayıb.
Hadisə "Səbət" bazarı yaxınlığında qeydə alınıb. 2 minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib.
Onun 55 yaşlı Telman Sultan oğlu Kərimov olduğu məlum olub.
Faktla bağlı cinayət işi açılıb.