Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə APA 15 yanvar tarixində xəbər verib.
Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində hərəkətdə olan "Hyundai"markalı yük maşını digər "Zil"markalı su maşınına arxadan çarpılıb.
FHN-in xilasediciləri sıxılmış nəqliyyat vasitəsində qalan sürücünü xilas ediblər. O, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Bir nəfər sərnişin hadisə yerində ölüb.
Xilasedicilər tərəfindən meyit aidiyyəti üzrə təhvil verilib.