Samur-Abşeron kanalında batan uşağın meyiti tapılıb. Bu barədə 12 iyun tarixində Report məlumat verib.
Məlumata görə, su kanalının Xaçmaz rayonunun Armudpadar kəndindən keçən hissəsindəki nəzarətsiz ərazidə batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Pirsaatov Məhəmməd Elsevər oğlunun axtarışları başa çatıb.
Onun meyiti batdığı ərazinin yaxınlığında tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.