Samux polisi rayonun Füzuli, Alıuşağı kəndləri və Nəbiağalı qəsəbə sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı və kalibrli ümumilikdə 3 ədəd ov tüfəngi götürüb.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 3 noyabr tarixində məlumat verir.
Samux Rayon Polis Şöbəsinə rayonun Nəbiağalı qəsəbəsində, yol kənarında odlu silah olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçiriblər və nəticədə 1 ədəd "TOZ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Silahlar aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə araşdırmalar aparılır.