Samuxda piyada ölümü ilə nəticələnən yol qəzası olub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Rayonun Qarabağlar kənd sakini, 64 yaşlı Süleyman Muradov idarə etdiyi "VAZ -2106" markalı avtomobillə Samux rayonunda hərəkətdə olan 62 yaşlı piyada İsmayıl Abdiyevi vurub.
Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.