Samux rayonunda iki avtomobil toqquşub, iki nəfər xəsarət alıb. Bu barədə noyabrın 2-də Report xəbər yayıb.
Hadisə rayonun Zazalı kənd yolunda qeydə alınıb. Qəza nəticəsində 1955-ci il təvəllüdlü G.Qurbanov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü A.Qurbanova yaralanıblar.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların vəziyyətinin kafi və orta ağır olaraq qaldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.