Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb. Bu barədə Report 12 yanvar tarixində xəbər verib.
Qəza nəticəsində 40 tona yaxın yanacaq yola dağılıb.
Avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar.
Bir müddətdən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub.
Yük avtomobilinin sürücüsü, 31 yaşlı Kürdəmir rayon sakini S.Qurbanov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.