Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə 21 iyul tarixində Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Əsasən, səhər və axşam saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 11-16°, gündüz 17-22° isti olacaq.