Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 15-17° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11°, gündüz 17-21°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.