Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14°, gündüz 14-16° isti olacaq.
Rayonlarda bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 17-22°, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacaq.