İyun ayının 22-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçiriləcək. Bu barədə 20 iyun tarixində Report Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verib.
Bildirilib ki, iməciliyin məqsədi şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsidir.
BŞİH paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə və özlərinə məxsus obyekt və mənzillərin pəncərələrini, vitrinlərini, ətraf ərazilərini təmizləməyə çağırıb.