Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 29 dekabr tarixində xəbər verir.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7°, gündüz 12-17° isti olacaq.
Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.