Rusiyanın Sankt-Peterburq şəhərində MDB ölkələrinin dövlət başçılarının qeyri-rəsmi görüşü başlayıb.
Bu barədə İnsanoid TASS-yə istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını danışıqlar masası arxasına deyil, Sankt-Peterburqun saray və park kompleksləri ilə tanışlıq zamanı müzakirələr aparmağa dəvət edib.
Xatırladaq ki, dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfərə gedib.